Azərbaycan prezidenti ABŞ-ın enerji nazirinin müşaviri vəzifəsini icra edən Conatan Elkindi qəbul edib - FOTO

Azərbaycan prezidenti ABŞ-ın enerji nazirinin müşaviri vəzifəsini icra edən Conatan Elkindi qəbul edib - <span style="color: red;">FOTO
# 17 dekabr 2013 16:27 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev dekabrın 17-də ABŞ-ın enerji nazirinin müşaviri vəzifəsini icra edən Conatan Elkindi qəbul edib.

APA-Economics”in məlumatına görə, görüşdə “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanma mərasiminin keçirilməsi mühüm tarixi hadisə kimi dəyərləndirilib, layihəyə ABŞ-ın verdiyi dəstək yüksək qiymətləndirilib.

Söhbət zamanı ölkəmizlə ABŞ arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, Azərbaycanın liderliyi ilə bu layihənin həyata keçirilməsindən məmnunluq ifadə olunub, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR