ATƏT PA-nın İstanbulda keçiriləcək sessiyasının gündəliyi açıqlanıb

ATƏT PA-nın İstanbulda keçiriləcək sessiyasının gündəliyi açıqlanıb
# 12 iyun 2013 13:00 (UTC +04:00)

APA-nın məlumatına görə, sessiya ATƏT PA-da Türkiyəyə marağın artması fonunda keçirilir. Qurumun mətbuat xidməti ATƏT PA-nın Türkiyədə baş verən son prosesləri diqqətlə izlədiyini deyib. Sessiyada əsas azadlıqların, o cümlədən internet azadlığının qorunması, sərt iqtisadi tədbirlərin mənfi nəticələri, ATƏT regionunda siyasi məhbusların azadlığa buraxılması, hərbi şəffaflıq və BMT-nin silah satışına dair müqaviləsinin ratifikasiya olunması müzakirə ediləcək.

Nümayəndələr Belarusa dair qətnamə, sərhədlərin təhlükəsizliyi, irqçiliyə, kibertəhlükəsizliyə qarşı mübarizə, enerji effektliliyi, Rusiyada insan haqlarının durumu, Quantanamo məsələsi, ATƏT-də islahatlar, Dnestryanı münaqişə, Fələstinin ATƏT-ə üzvlük məsələsi ətrafında fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, siyasi məsələlər və təhlükəsizlik ümumi komitəsində litvalı deputat Vili Aleknayte-Abramikenenin ATƏT məkanında həlli uzadılmış münaqişələrə həsr olunmuş hesabatı təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR