Arzu Rəhimov Sabirabadda vətəndaşları qəbul edib - VİDEO

Arzu Rəhimov Sabirabadda vətəndaşları qəbul edib - <span style="color: red;">VİDEO
# 19 oktyabr 2013 09:32 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Bu gün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Sabirabadda vətəndaşları qəbul edib. APA-nın yerli bürosunun xəbərinə görə,

qəbulda Kürdəmir, Hacıqabul, Ağcabədi, Ağdam, İmişli, Beyləqan, Füzuli, Saatlı, Sabirabad rayonlarından və Şirvan şəhərindən olan vətəndaşlar iştirak edib.

25 nəfərə qədər sakin müxtəlif şikayət və təkliflərlə xidmət rəisinə müraciət edib. Vətəndaşların müraciətləri əsasən şəhidlik statusu və hərbi xidmətlə əlaqədar olub.

Bəzi müraciətlər yerində həll edilib, bir sıra məsələlərin həll olunması üçün göstərişlər verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR