BQXK itkin düşmüş şəxslərin yaxınlarından bioloji nümunələrin toplanmasına başlayacaq

BQXK itkin düşmüş şəxslərin yaxınlarından bioloji nümunələrin toplanmasına başlayacaq
# 24 yanvar 2014 08:39 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Deniz Duran söyləyib.

D. Duran deyib ki, Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə aparılan danışıqlar nəticəsində razılığa gəlinib ki, itkinlərin tapılması üçün qan yox, buqqal (ağız suyu) nümunəsi əsas götürülsün: “Yaxın 3 ay ərzində itkin düşmüş şəxslərin Bakıda yaşayan 1000 ailə üzvündən bioloji nümunələrin toplanması ilə bağlı pilot layihə başlayacaq və bu layihəni 2014-cü ilin ortalarına qədər bitirməliyik. Pilot layihəsində məqsəd nümunələrin keyfiyyətini qiymətləndirməkdir. Gələcəkdə bu bioloji nümunələrin əsasında DNT analizi həyata keçirilə bilər. Yəni bu, nə vaxtsa tapılmış insan qalıqlarının identfikasiyasına kömək edə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR