Azərbaycanın Argentinadakı səfirliyində “Azərbaycanı kəşf et” adlı tədbir keçirilib - FOTO

Azərbaycanın Argentinadakı səfirliyində “Azərbaycanı kəşf et” adlı tədbir keçirilib - <span style="color: red;">FOTO
# 29 noyabr 2013 14:30 (UTC +04:00)

Bakı – APA. Noyabrın 27-də Azərbaycanın Argentinadakı səfirliyində Argentina Xarici İşlər və Etiqad Nazirliyinin Milli Diplomatik Xidmət İnstitutunun (İSEN) tələbə və müəllim heyəti üçün “Azərbaycanı kəşf et” adlı tədbir keçirilib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir səfirlik və Azərbaycan Diplomatik Akademiyasının (ADA) məzunu, hazırda İSEN-də təhsil alan azərbaycanlı tələbə Elnarə Rzayevanın birgə təşkilatçılığı ilə təşkil olunub.

İSEN-in müəllim və tələbələrini salamlayan səfir Məmməd Əhmədzadə Azərbaycanın tarixi, mədəniyyəti, bugünkü reallığı, xarici siyasəti, sosial-iqtisadi inkişafı, Azərbaycan-Argentina münasibətləri barədə danışıb. İSEN və ADA arasındakı əməkdaşlığın iki ölkə arasındakı münasibətlərə verdiyi töhfələrdən bəhs edən Məmməd Əhmədzadə, bu xüsusda cari ilin avqust ayında İSEN-də Azərbaycanla bağlı, noyabr ayında isə ADA-da Argentina ilə bağlı keçirilmiş tədbirləri xüsusi vurğulayıb.

Tədbirdə Azərbaycanın mədəni irsini, sosial həyatını, hazırkı inkişafını, xarici siyasət prioritetlərini, ölkəmizdə təşkil olunan beynəlxalq əhəmiyyətli tədbirləri, xüsusilə də 2015-ci il Birinci Avropa Olimpiya Oyunlarına hazırlığı əks etdirən videoçarxlar nümayiş etdirilib.

Tədbirin sonunda iştirakçılara Azərbaycan haqqında müxtəlif nəşrlər paylanıb.

Tədbirdə Argentina XİN-in rəsmiləri də iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR