FHN Gəncə və Daşkəsəndə qeyri-sabit hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılması barədə məlumat yayıb - VİDEO

FHN Gəncə və Daşkəsəndə qeyri-sabit hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılması barədə məlumat yayıb - <span style="color: red;">VİDEO
# 11 iyun 2014 13:18 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Gəncə şəhəri və Daşkəsən rayonunda iyunun 10-da gecə saatlarında başlamış güclü yağış və dolu düşməsinin yaratdığı fəsadların nəticələri aradan qaldırılır.

FHN-in canlı qüvvə və texnikalarının intensiv şəkildə həyata keçirdikləri tədbirlər nəticəsində təbii fəlakət bölgəsində infrastruktur, habelə elektrik enerjisi və təbii qaz verilişi tam bərpa olunub. Gəncə şəhəri və Daşkəsən rayonu Fövqəladə Hallar komissiyaları müvafiq strukturlarla birgə dəymiş ziyanı müəyyənləşdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR