Çinin şərqində 9 nəfər ağır yol qəzasının qurbanı olub

Çinin şərqində 9 nəfər ağır yol qəzasının qurbanı olub
# 24 noyabr 2013 00:56 (UTC +04:00)

Bakı-APA. Çinin şərqindəki Anxoy əyalətində baş vermiş ağır yol nəqliyyat hadisəsi nəticəsində 9 nəfər ölüb və 76 nəfər xəsarət alıb. APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, qəzaya səbəb sürətli magistralda duman olub.

Qəzalar Şanxay şəhərini Şensi vilayətini birləşdirən yolda baş verib. Qəza, ümumilikdə, 26 avtomobili əhatə edib. Qəzadan dərhal sonra yaranmış yanğın 11 avtomobili əhatə edib.

Qəza nəticəsində 5 nəfər hadisə yerində ölüb, daha 4 nəfər isə aldıqları ağır yaralarda sonradan xəstəxanada keçinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR