Azərbaycan prezidenti Əfqanıstanın daxili işlər nazirini qəbul edib - FOTO

Azərbaycan prezidenti Əfqanıstanın daxili işlər nazirini qəbul edib - <span style="color: red;">FOTO
# 07 iyul 2013 14:33 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev iyulun 7-də Əfqanıstanın daxili işlər naziri Qulam Mustafa Patangı qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Azərbaycanla Əfqanıstan arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu bildirilib, ölkələrin müxtəlif sahələrdə yaxşı əməkdaşlıq etdiyi vurğulanıb. Bu əməkdaşlığın daxili işlər orqanları arasında da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu diqqətə çatdırılıb.

Nazir Qulam Mustafa Patangın Azərbaycana səfəri zamanı bu sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirə ediləcəyinə və yaxşı nəticələrin əldə olunacağına əminlik ifadə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR