“Müasir ailənin cəmiyyətin inkişafında rolu” mövzusunda tədbir keçirilib

“Müasir ailənin cəmiyyətin inkişafında rolu” mövzusunda tədbir keçirilib
# 10 sentyabr 2013 08:32 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Həmkarlar İttifaqları Konfederasiyası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Müasir ailənin cəmiyyətin inkişafında rolu” mövzusunda tədbir keçirilib.

APA-nın verdiyi xəbərə görə, tədbirin keçirilməsində əsas məqsəd ailənin cəmiyyətdə rolunun yüksəldilməsi və inkişaf etdirilməsi, ailə dəyərlərinin qorunub saxlanılması, sağlam həyat tərzinin təbliği, ailənin hüquq düşüncəsinin inkişaf etdirilməsi, ictimai nəzarətin artırılması istiqamətində təbliğatın aparılmasıdır.

Tədbirdə Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Komitənin və AHİK-in 26 üzv təşkilatının üzvləri iştirak edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Həmkarlar İttifaqları Konfederasiyası ilə birgə “Müasir ailənin cəmiyyətin inkişafında rolu” maarifləndirmə layihəsinə start verəcək. Layihə bu ilin sonuna kimi Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatları arasında davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR