Azərbaycanda 15 yaşına qədər olan vətəndaşlar qeydiyyatla bağlı məsuliyyətdən azad edilir

Azərbaycanda 15 yaşına qədər olan vətəndaşlar qeydiyyatla bağlı məsuliyyətdən azad edilir
# 19 noyabr 2013 10:15 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda 15 yaşına qədər olan vətəndaşlar yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması ilə bağlı məsuliyyətdən azad edilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinə dəyişikliklər layihəsi müzakirəyə çıxarılacaq.

Layihəyə əsasən maddədə “Fiziki şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə” hissədə “fiziki şəxslər” sözləri çıxarılaraq əvəzinə “15 yaşına çatmış vətəndaşın” sözləri əlavə edilir.

Layihə Milli Məclisin 22 noyabr tarixli plenar iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR