Dirijor Əyyub Quliyevin iştirakı ilə Rusiyada silsilə konsertlər keçirilib - FOTO

 Dirijor Əyyub Quliyevin iştirakı ilə Rusiyada silsilə konsertlər keçirilib - <span style="color: red;">FOTO
# 13 noyabr 2013 15:44 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Rusiyanın Dövlət Akademik Simfonik Orkestri və Azərbaycan Akademik Dövlət Opera və Balet Teatrının dirijoru Əyyub Quliyevin iştirakı ilə V.Safonov və A.Skryabin adına konsert salonlarında silsilə konsertlər keçirilib.

Əyyub Quliyevin APA-ya verdiyi məlumata görə, ”Şərq nağılları” adı altında keçirilən konsertdə Safonov Filarmonik orkestri görkəmli Azərbaycan və rus bəstəkarlarının yaradıcılığında şərq mövzusuna müraciət ediblər. Safonov adına Dövlət Akademik Filarmoniyasında ilk dəfə olaraq Qara Qarayevin “Yeddi gözəl” baletindən simfonik fraqmentlər səsləndirilib.

Konsertdə həmçinin rus bəstəkarları Modest Musorqskinin “Xovanşina”, Aleksandr Borodinin “Knyaz İqor” operalarından fraqmentlər və Anatoliy Lyadovun simfonik nağılları səsləndirilib.

Gecədə Azərbaycanın xalq artisti, professor Ramiz Quliyevin də çıxışı olub. O, bəstəkar Hacı Xanməmmədovun tar və simfonik orkestr üçün 2-ci konsertini ifa edib.

Safonov Dövlət Filarmoniyasının direktoru, Rusiyanın əməkdar artisti Svetlana Berejnaya çıxış edərək, layihənin Azərbaycan və Rusiyanın mədəniyyət sahəsindəki əməkdaşlığının inkişafında əlamətdar hadisə olduğunu qeyd edib.

Əyyub Quliyev bildirib ki, konsertin növbəti günü Safonov adına İmperator zalının səhnəsində yeni ədəbi-musiqili layihənin - “Kurzal gecələri”nin təqdimatı olub.

Növbəti konsertlərdə Natalya Bondarçuk, Aristarx Livanov, Viktoriya Tolstoqanova, Marina Yakovleva, Roman Belişov, Tatyana Abramova və Sergey Çonişvili kimi aktyorların iştirakı nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR