«Moody’s» agentliyi «Xalq Bank»ın reytinqini artırıb

«Moody’s» agentliyi «Xalq Bank»ın reytinqini artırıb
# 10 dekabr 2013 07:00 (UTC +04:00)

Bankdan «APA-Economics»ə verilən məlumata görə, Agentlik yenidən Bankın sərbəst maliyyə dayanıqlığı (BFSR) reytinqini «E+», milli və xarici valyutada olan qısamüddətli öhdəliklər üzrə reytinqini isə «B3 Not Prime» səviyyəsində təsdiqləyib. Qeyd olunan reytinqlər «stabil» proqnoza malikdir.

«Xalq Bank»ın perspektivlərini dəyərləndirən «Moody’s» təhlilçiləri bəyan ediblər ki, pozitiv proqnoz Bankın bazarda mövqelərinin möhkəmlənməsi, yüksək gəlirliliyi, aktivlərin keyfiyyəti, yüksək kapitallaşma səviyyəsi kimi amillərə əsaslanır və qarşıdakı 12-18 ay ərzində Bankın maliyyə resurslarının diversifikasiyası, aktivlərin yüksək keyfiyyəti, gəlirlilik və kapitallaşma reytinqə daha da pozitiv təsir göstərə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR