Şeyxülislam İran Sərhəd Qoşunlarının komandanını qəbul edib - FOTO

Şeyxülislam İran Sərhəd Qoşunlarının komandanını qəbul edib - <span style="color: red;">FOTO
# 17 sentyabr 2013 13:18 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakıda səfərdə olan İran Sərhəd Qoşunlarının komandanı general-leytenant Hüseyn Zülfiqarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, görüşdə Şeyxülislam bildirib ki, İranla Azərbaycan arasında əlaqələr hər zaman yaxşı olub, xüsusilə də dini sahədə çox gözəl münasibətlər var.

O qeyd edib ki, İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin az müddət öncə ölkəyə gəlməsinə baxmayaraq, xeyli işlər görüb. Şeyxülislam İranın yeni seçilmiş prezidenti Həsən Ruhani ilə xoş münasibətlərdən bəhs edib və İran prezidenti ilə son görüşün xeyli məhsuldar keçdiyini xatırladıb.

Şeyx eyni zamanda Azərbaycanın işğal olunmuş ərazilərini də qonşu dövlətin Sərhəd Qoşunları komandanına xatırladıb: “Mən çox xahiş edirəm ki, siz Azərbaycanın sərhədlərini nəzərdə tutanda, düşünəndə Qarabağın, işğal olunmuş torpaqların o üzündən hesablayasınız. Oranın Azərbaycan torpaqları olmasını daim nəzərə alasınız”. O, İranın Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini vurğulayaraq məmnunluq hissi ifadə edib. Şeyx qonaqlara gələn ay ölkədə prezident seçkilərinin də olacağını və Azərbaycanda ictimai-siyasi vəziyyətin yüksək olduğunu bildirib.

Hüseyn Zülfüqari öz növbəsində Azərbaycana səfərindən danışaraq bunun məhsuldar səfər olacağını və iki ölkə arasında dostluq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini deyib. O, ikitərəfli əlaqələrin inkişafında Şeyxin rolunu xüsusi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR