Gəncə sakini bir aydan çoxdur, itkin düşüb

Gəncə sakini bir aydan çoxdur, itkin düşüb
# 10 iyun 2013 09:36 (UTC +04:00)

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 1961-ci il təvəllüdlü Kəklik Həsənova polisə müraciət edərək oğlunun itkin düşməsi barədə məlumat verib.

O, qeyd edib ki, övladı, 1981-ci il təvəllüdlü Qadir Həsənov mayın 2-də evdən çıxıb, bir daha geri qayıtmayıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində əməliyyat axtarış tədbirlərinə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR