Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilib - FOTO

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 24 fevral 2014 09:04 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilib.

APA-nın məlumatına görə, anım mərasimində əvvəlcə AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyev çıxış edərək, Xocalı soyqırımı haqqında geniş məlumat verib.

AHİK sədri əlavə edib ki, bu faciəni bir çox dünya ölkələri soyqırımı kimi qəbul etməsə də, artıq ayrı-ayrı dünya ölkələri, nüfuzlu beynəlxalq qurumların mövqeyi dəyişib və onlar Xocalı soyqırımını tanıyırlar.

Daha sonra tarix elmlər doktoru Vəkil Həsənov, Yazıçılar İttifaqının nəzdindəki poliklinikanın Həmkarlar Təşkilatının sədri Şəhanə Şükürova Xocalı soyqırımı ilə bağlı çıxışlar ediblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR