Ötən ay Azərbaycan elektrik enerjisi istehsalını 5% artırıb

Ötən ay Azərbaycan elektrik enerjisi istehsalını 5% artırıb
# 04 mart 2014 11:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin fevral ayı ərzində Azərbaycanın enerji sistemində 2 mlrd. kVt/saatdan çox elektrik enerjisi istehsal edilib. «Azərenerji» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% çoxdur.

Bu ilin iki ayı ərzində isə ölkənin enerji sistemində 4,2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin analoji dövrünə nisbətdə 5% çoxdur.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR