Yeni hazırlanan “Uşaqların istirahətinin təşkili haqqında” qanun layihəsi işlənmək üçün İşçi Qrupuna verilib - VİDEO

Yeni hazırlanan “Uşaqların istirahətinin təşkili haqqında” qanun layihəsi işlənmək üçün İşçi Qrupuna verilib - <span style="color: red;">VİDEO
# 07 noyabr 2013 13:37 (UTC +04:00)

APA-nın məlumatına görə, layihə barədə məlumat verən komitə sədri Hadı Rəcəbli bildirib ki, qanunun indiki şəraitdə qəbulu zəruridir.

O bunu onunla əsaslandırıb ki, indiki şəraitdə uşaqlar üçün əvvəlki pioner düşərgələrini, lagerləri əvəz edəcək yerlər, imkanlar yoxdur: “Bu da bizim gələcək nəsil üçün ciddi problemlərdir, yeni layihə bütün bu problemləri aradan qaldırmağı nəzərdə tutur”.

Yeni qanun layihəsi 5 fəsil, 25 maddədən ibarətdir. Layihədə dövlət siyasətinin əsas istiqamətləri, uşaqlara istirahət üzrə xidmətlərin göstərilməsinin qayda və şərtləri, həmçinin uşaqların istirahəti prosesinin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edir. Bu sahədə yaranan münasibətləri tənzimləyir.

Layihədə uşaqların istirahəti üçün müəssisələrin, istirahətin təsnifatı, yardıma ehtiyacı olan uşaqlar üçün isə xüsusi güzəştlərin tətbiqi nəzərdə tutulur.

Qanunda, həmçinin uşaqların ölkədən kənarda, xarici ölkələrdə dövlət hesabına istirahətinin təşkili də nəzərdə tutulur.

Qanunda uşaqlar üçün nəzərdə tutulan müddəaların pozulmasına görə cavabdeh olan fiziki və hüquqi şəxslər üçün məsuliyyətdə təsbit olunub.

Müzakirələrdən sonra layihə bir sıra əlavə təklifləri nəzərə almaqla yenidən işlənməsi İşçi Qrupuna verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR