Bakı sakini avtobusdan yıxılaraq ölüb

 Bakı sakini avtobusdan yıxılaraq ölüb
# 26 avqust 2013 10:25 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda bir nəfər mikroavtobusdan yıxılaraq ölüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 19-da Qaradağ rayonu Lökbatan qəsəbəsindəki ticarət mərkəzində Bakı şəhər sakini Rövşən Cəfərov həmyerlisi Arif Bədəlovun idarə etdiyi "Mercedes" markalı mikroavtobusdan yıxılıb. Nəticədə xəsarət alan R. Cəfərov xəstəxanaya yerləşdirilib və avqustun 24-də orada dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR