Qala qəsəbəsində velo-yürüş keçirilib - FOTO

Qala qəsəbəsində velo-yürüş keçirilib - <span style="color: red;">FOTO
# 14 oktyabr 2013 09:00 (UTC +04:00)

Bakı – APA-Economics. Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən gənclər arasında velo-yürüş təşkil olunub.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, 50-yə yaxın gəncin qatıldığı aksiya 2 mərhələdən ibarət olub.

Birinci mərhələ çərçivəsində Qala Tarixi-Etnoqrafiya Muzeyi qarşısından start götürən və qəsəbə ərazisində təyin edilmiş marşrut üzrə davam edən veloyürüşə gənclər çox böyük həvəslə qatılıb. Veloyürüş bitdikdən sonra isə açıq havada iştirakçılar üçün piknik təşkil edilərək, çöl şəraitində sağlam qidalanma ilə bağlı təlim keçirilib. Piknik zamanı gənclər aralarında ünsiyyət yaradaraq ətraf mühitin təmiz saxlanılmasına, ekologiyaya qayğı ilə yanaşmaya və tullantıların idarə edilməsi sahəsinə aid müzakirələr apardılar dair söhbətlər aparıblar. Piknik bitdikdən sonra isə gənclər ərazini təmizləyiblər.

Aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizin gələcək vətəndaşları olan gənclərin diqqətini tullantıların idarəedilməsi sahəsinə bir daha yönəltmək, eləcə də sağlam həyat tərzini təbliğ etmək, insanları ekologiyaya vurulan ziyanın mümkün qədər minimallaşdırılmasına çağırmaq, eyni zamanda gənclərdə həm ekoloji həm də piknik mədəniyyətini inkişaf etdirməkdir.

Qeyd edək ki, velo-yürüş Qala qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilən “Təmiz Qala” pilot layihəsi çərçivəsində həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR