“Sovetski”dən köçmək üçün 1650 ailə müraciət edib

“Sovetski”dən köçmək üçün 1650 ailə müraciət edib
# 14 iyun 2014 09:47 (UTC +04:00)

Bu barədə APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyanın sədri Səməd İslamov bildirib.

O deyib ki, 1126 mənzilin sahibi ilə razılaşma protokolu imzalanıb, artıq 1094 əmlak sahibinin bank hesabına vəsait köçürülüb. Köçürülmə işləri yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi ilə aparılır.

Komissiya sədri söküntü ərazisinə düşən 3 300 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işlərinin aparıldığını, 204 mənzil və qeyri-yaşayış sahəsinin söküldüyünü də açıqlayıb.

Qeyd edək ki, “Sovetski” məhəlləsində ümumilikdə 10 minə yaxın ailə yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR