Naxçıvan 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılıb

Naxçıvan 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılıb
# 20 dekabr 2013 13:51 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılıb.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsinin icrası general-leytenant Kərəm Mustafayevə həvalə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR