İran və “altılıq” ölkələri ekspertlərinin nüvə müzakirələri dekabrın 30-da keçiriləcək

İran və “altılıq” ölkələri ekspertlərinin nüvə müzakirələri dekabrın 30-da keçiriləcək
# 27 dekabr 2013 13:49 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində nüvə müzakirələri dekabrın 30-da Cenevrə şəhərində keçiriləcək.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, danışıqlarda İran nümayəndə heyətinə İran Xarici İşlər Nazirliyinin beynəlxalq iqtisadi məsələlər şöbəsinin müdiri Həmid Bəidinejad rəhbərlik edəcək. Müzakirələrdə əsasən Cenevrə razılaşmasının müddəalarının icraya yönəldilməsi ilə bağlı fikir mübadiləsi aparılacağı bildirilir.

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində keçirilən nüvə müzakirələri Cenevrədə dekabrın 19-da başlayıb, dekabrın 23-dək davam edib. Tərəflər arasında çox çətin keçən danışıqlara Yeni il tətili səbəbindən bir həftə ara verilib. İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton arasında reallaşan telefon danışığında müzakirələrin Yeni İl tətilindən sonra davam etdirilməsi barədə razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR