Gülağa Aslanlı: “Müsavat moratorium qərarına yenidən baxa bilər”

Gülağa Aslanlı: “Müsavat moratorium qərarına yenidən baxa bilər”
# 21 yanvar 2014 08:30 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Müsavat Partiyası haqqında böhtan deyənlər, özləri haqqında həqiqəti eşitmək məcburiyyətində olacaqlar”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Müsavatın Milli Şuradan çıxması ilə bağlı səslənən ittihamlara münasibət bildirərkən deyib.

“Öz uydurmalarına özlərini inandırmaq istəyirlər” söyləyən G. Aslanlı qeyd edib ki, partiya müxalifət qüvvələri arasında qarşılıqlı ittihamlara birtərəfli qaydada moratorium qoyulması haqqında qərarına yenidən baxa bilər.

Onun sözlərinə görə, moratoriumun ləğvindən sonra bütün ittihamlara cavab veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR