İranla “altılıq” ölkələri nüvə razılaşmasının yanvarın 20-dən icraya yönəlməsi barədə razılığa gəlib

İranla “altılıq” ölkələri nüvə razılaşmasının yanvarın 20-dən icraya yönəlməsi barədə razılığa gəlib
# 13 yanvar 2014 08:22 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla “altılıq” ölkələri Cenevrə razılaşmasının yanvarın 20-dən icraya yönəlməsi barədə razılığa gəlib.

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bunu İran xarici işlər nazirinin beynəlxalq və siyasi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı bildirib.

Onun sözlərinə görə, uzun və intensiv müzakirələrdən sonra bir neçə xüsusi maddələr istisna olmaqla sazişin necə həyata keçirilməsi mexanizmi barədə həll yolu tapılıb: “İran və “altılıq” ölkələri yanvarın 20-dən etibarən öz öhdəliklərini yerinə yetirməyə başlayacaq. Belə ki, Qərb İrana qarşı tətbiq etdiyi sanksiyaları dayandıracaq, İran da uranın 20% zənginləşdirilməsini təxirə salacaq”.

A.Əraqçı deyib ki, İranın ölkə xaricindəki dondurulmuş mal varlığının 4,2 milyard dolları 6 ay müddətində və 8 addımda azad ediləcək: “Eyni zamanda bir il ərzində 20% zənginləşdirilmiş uran texniki səbəblərdən dolayı azaldılacaq”.

İran rəsmisi ABŞ və Avropanın Tehrana tətbiq etdikləri sanksiyaları aradan qaldırmağa hazır olduqlarını vurğulayıb: “İran hazırda Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə də müzakirələr aparır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR