Avroqrup Yunanıstana 4 milyard avro verməyə razılaşıb

Avroqrup Yunanıstana 4 milyard avro verməyə razılaşıb
# 08 iyul 2013 23:41 (UTC +04:00)

Bakı-APA. Avrozona maliyyə nazirlərinin şurası (Avroqrup) yaxın həftələr ərzində Yunanıstana maliyyə yardımı proqramı çərçivəsində 4 milyard avro dəyərində kredit vəsaitinin verilməsi barədə razılığa gəlib. Bu barədə Frans Press diplomatik dairələrdəki mənbəyinə istinadən məlumat verir.

Bu məbləğdən 2,5 milyardı Avropa Maliyyə sabitliyi fondu tərəfindən veriləcək. Daha 1,5 milyardı Avropa Mərkəzi bankı verəcək.

Yunanıstana maliyyə yardımı ölkə hökuməti və beynəlxalq kreditorlar «üçlüyü» arasında razılaşdırılıb. Ümumilikdə yardımın həcmi 6,8 milyard avro olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR