Hidrometeoroloqlar Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq yayıb - YENİLƏNİB - VİDEO

Hidrometeoroloqlar Azərbaycan ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq yayıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 14 noyabr 2013 09:37 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bakı və Abşeron yarımadasında noyabrın 15-də havanın buludlu olacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin gündüz güclənəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 9-12, günün birinci yarısında 18 dərəcəyədək, axşama doğru 10-12 dərəcə isti olacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında noyabrın 15-də havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimalı var. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Milli Hidrometeorologiya Departamenti gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq da yayıb. Xəbərdarlıqda bildirilir ki, noyabrın 15-i günün ikinci yarısında, 16-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Temperatur ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 15-i axşama doğru və 16-da günün ikinci yarısınadək Abşeron yarımadasında atmosfer təzyiqinin qısa müddətdə xeyli yüksəlməsi, güclü xəzri küləyi və temperaturun 5-7 dərəcə aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR