Dünya çempionatının açılış mərasimi keçirilib

Dünya çempionatının açılış mərasimi keçirilib
# 12 iyun 2014 21:42 (UTC +04:00)

APA-nın Apasport.az saytına istinadən verdiyi xəbərə görə, tam dolu "Arena Korintians" stadionunda çıxış edən minlərlə könüllü azarkeşləri milli rəqslər və səhnələşdirilmiş tamaşalarla əyləndirib.



Açılış mərasimi təxminən 25 dəqiqə davam edib. Mərasim dünya çempionatının himninin oxunması ilə yekunlaşıb. Dünya çempionatının "We Are One" rəsmi mahnısını məşhur amerikalı müğənni Cennifer Lopez, tanınmış repçi Pitbul və braziliyalı estrada ulduzu Klaudia Leyte ilə birgə ifa edib.

Xatırladaq ki, açılış mərasimindən sonra çempionatın ilk matçında Braziliya və Xorvatiya yığmaları qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR