Suriyada hökumətə qarşı döyüşən Azad Suriya Ordusu ilə İraq və Şam İslam Dövləti silahlı qrupları arasında atışma olub, 10 nəfər ölüb

Suriyada hökumətə qarşı döyüşən Azad Suriya Ordusu ilə İraq və Şam İslam Dövləti silahlı qrupları arasında atışma olub, 10 nəfər ölüb
# 21 sentyabr 2013 11:09 (UTC +04:00)

APA-nın cihadçılara bağlı «İslahhaber» saytına istinadən verdiyi məlumata görə, qarşıdurma Azez şəhərindəki bir xəstəxanada yaralıları müalicə edən 3 alman həkimin yaralıları kameraya çəkməsi nəticəsində yaranıb. İŞİD silahlıları həkimləri həbs etmək istəsə də ASO silahlıları buna qarşı çıxıblar.

Qarşıdurma zamanı İŞİD yaxınlıqdakı bütün qüvvələrini Azez şəhərinə çəkərək şəhərə nəzarəti ələ alıb. Tərəflər arasında baş vermiş döyüşdə 10 nəfər həyatını itirib. Qarşıdurmaya bölgədə Əsəd hökumətinə qarşı döyüşən digər qrupların səyi ilə son qoyulub.

Qeyd edək ki, bundan əvvəl ASO və «Nüsra Cəbhəsi» döyüşçüləri arasında da silahlı qarşıdurmalar baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR