Dow Jones indeksi 0,3% yüksəlib, S&P 500 0,4%, Nasdaq 0,5% enib

Dow Jones indeksi 0,3% yüksəlib, S&P 500 0,4%, Nasdaq 0,5% enib
# 20 yanvar 2014 07:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 17-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 16 459 bəndədək yüksəlib, S&P 500 0,4% - 1 839 bəndədək, Nasdaq 0,5% - 4 198 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların dinamikasına əsasən korporativ xəbərlər təsir edib.

Avropa fond bazarlarında yanvarın 17-də FTSE 100 indeksi 0,2% - 6 829 bəndədək, Almaniya DAX-ı 0,3% - 9 743 bəndədək, Fransa CAC-40-ı isə 0,2% - 4 328 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,3% artaraq 1 257,20 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3531 dollar (-0,6%) təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR