Topaz Premyer Liqasında növbəti mövsümün nə vaxt başlayacağı məlum olub

Topaz Premyer Liqasında növbəti mövsümün nə vaxt başlayacağı məlum olub
# 02 iyul 2013 12:13 (UTC +04:00)

Bakı – APA. Topaz Premyer Liqasında növbəti mövsümün püşkatmasının vaxtı müəyyənləşib. Bu haqda apasport.az saytına məlumat verən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev 22-ci milli çempionatın püşkünün iyulun 12-də atılacağını bildirib.


Yüksək liqanın 10 iştirakçısının nümayəndələri həmin gün AFFA-nın inzibati binasında yığışaraq, rəqiblərini müəyyənləşdirəcək: “Çempionatımızın püşkatması iyulun 12-də saat 12:00-də keçiriləcək. Mən püşkatmada FİFA və UEFA kimi fərqli heç bir şey eləmək istəmirəm. Püşk həmişəki kimi olacaq, təki düşərli olsun. İnşallah, kim hansı yerlərə layiqdir, ona da nail olsun. Fikrimcə, bu il çempionat daha maraqlı və gərgin olacaq”.

Musayev növbəti çempionatın avqustun 3-də başlayacağı ilə bağlı deyilənlərə belə aydınlıq gətirib: “I tur avqustun ilk həftəsinə, şənbə və bazar günlərinə təsadüf edəcək. Ola bilsin ki, çempionat 3-ü, yaxud 4-ü başlasın. Tarix deyəndə, yəqin ki, cümə günü nəzərdə tutulub. Artıq çempionatda oyunların keçiriləcək günlər təyin olunub. Mövsümə mayın 28-də Azərbaycan kubokunun final oyunu ilə yekun vurulacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR