DAK İraq türkmənlərinə qarşı həyata keçirilən terror aktlarını pisləyib

DAK İraq türkmənlərinə qarşı həyata keçirilən terror aktlarını pisləyib
# 28 iyun 2013 07:28 (UTC +04:00)

Bakı – APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) son günlər İraq türkmənlərinə qarşı həyata keçirilən terror aktları ilə bağlı bəyanat qəbul edib.

DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, iyunun 23-də Mosul, iyunun 25-də isə Tuzhurmatı səhərlərində həyata keçirilən terror aktları nəticəsində İraq Türkmən Cəbhəsinin lideri Yavuz Əfəndioğlu, onun müavini Əli Həşim Muxtaroğlu, Səlahəddin vilayətinin valisinin müavini Əhməd Qoca və başqa türkmənlər həlak olublar: “Təəssüflər olsun ki, bu gün bütün dünyada türklərə qarşı sanki elan olunmamış bir savaş aparılır. Bölgədə türk kimliyi məhv edilməyə, onların bir böyük etnos kimi tarixdən silinməsinə çalışılır. İraqda Kərkük türklərinə qarşı həyata keçirilən terror aktları həmin da elan olunmamış savaşın bir parçasıdır. Bu yollarla öz tarixi torpaqlarında yaşayan türkmənlərin nüfuzunun azalmasına, öz yurd-yuvalarını tərk etməsinə çalışılır. Təbii ki, bu da bizləri narahat etməyə bilməz. Kərkük türk yurdudur və türk yurdu olaraq da qalacaq”.

DAK, bu dəhşətli hadisədən kədərləndiyini bildirir, terror aktı nəticəsində həlak olmuş türkmənlərin ailələrinə, yaxınlarına və onları sevənlərə dərin hüznlə başsağlığı verir: “Eyni zamanda biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı ən kəskin şəkildə mübarizəni labüd hesab edirik. İraq hökumətindən türkmənlərin haqlarını qorumağı və bu cür dəhşətli hadisələrin baş verməməsi üçün lazımi addımları atmağı tələb edirik, Türk Dünyasını isə Kərkük türklərini yalnız buraxmamağa çağırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR