Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozub

Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozub
# 07 noyabr 2013 10:13 (UTC +04:00)

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR