Azərbaycan ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək

Azərbaycan ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək
# 17 may 2013 10:35 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında da mayın 18-də əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Aqrometeoroloji şərhə görə isə respublika ərazisində mayın 21-dək qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək. Temperatur rejiminin iqlim norması daxilində olacağı gözlənilir ki, bu da kənd təsərrüfatı bitkilərinin inkişafını və boy atmasını təmin edəcək. Gözlənilən yağıntıların torpaqda məhsuldar su ehtiyatlarının toplanmasına müsbət təsiri olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR