FHN Qobustanda həyata keçirilən xilasetmə əməliyyatı haqqında məlumat yayıb - FOTOSESSİYA

FHN Qobustanda həyata keçirilən xilasetmə əməliyyatı haqqında məlumat yayıb - <span style="color: red;">FOTOSESSİYA
# 16 oktyabr 2013 07:54 (UTC +04:00)

Bakı - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti oktyabrın 15-də həyata keçirilən xilasetmə əməliyyatı haqqında məlumat yayıb.

FHN-dən APA-ya verilən məlumata görə, ötən gün saat 20:47-də Qaradağ rayonu, Qobustan qəsəbəsi, Təzəyurd məhəlləsi ünvanında uşağın əlinin ət maşınında sıxılıb qalması və köməyə ehtiyacı olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən Xüsusi Riskli Xilasetmə Xidmətinin mobil qrupundan mütəxəssis-xilasedici qrupu hadisə yerinə çıxıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2010-cu il təvəllüdlü Vahidova Əsma Bəhruz qızının sol əlinin barmaq hissəsi ət maşınında sıxılaraq qalıb. Valideynləri zərərçəkmişin əlini ət maşınından çıxara bilmədikləri üçün köməklik məqsədilə Nazirliyin 112 Xidmətinə müraciət ediblər.

Xilasedicilər ət maşınının müvafiq hissələrini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alətlər (kəsici laqunda) vasitəsilə kəsərək ət maşınından ayırıblar. Xilasedicilər təkrar xəsarət yetirmədən zərərçəkmişin sıxılmış vəziyyətdə olan əlini ət maşınından çıxarıb, onu hadisə yerinə olan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verərək xilas olunmasını təmin ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR