I Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin qalibləri elan edilib

I Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin qalibləri elan edilib
# 04 noyabr 2013 10:29 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Mədəniyyət və Turizm Nazirliyinin və Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə keçirilən I Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin qalibləri elan edilib. Azərbaycan Memarlar İttifaqından APA-ya verilən məlumata görə, müvafiq nominasiyalar üzrə mükafatlar qaliblərə təqdim edilib.

“İctimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə” nominasiyası üzrə “Koa İncəsənət və Arxeologiya Muzeyi” layihəsi ilə Rodriges Rebelo Kamilo və Tiago Pimentel Pedro, “Yaşayış binalarının memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə” nominasiyasında “D” evi layihəsi ilə Arnod Lakoste, “Həyata keçirilmiş ən yaxşı interyer” nominasiyası üzrə “Bay Bay Bornsayd” layihəsi ilə Kim Kidak, “Həyata keçirilməmiş ən yaxşı layihə” nominasiyası üzrə “Multimedia mərkəzinin layihə təklifi ilə” Zaur Qafarov (II dərəcə), “Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə” nominasiyası üzrə “Bled gölü sahilində yerləşən avarçəkmə mərkəzində tamaşaçılar üçün kürsü” layihəsi ilə Znidarsik Aves, “Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə” nominasiyası üzrə “Tbilisidə funikulyorun yuxarı stansiyasının və “Mtasminda” restoranının rekonstruksiya layihəsi” ilə Zaxari Kurdiani birinci dərəcəyə layiq görülüblər.

“Memarlıq sahəsində ən yaxşı nəşr” nominasiyası üzrə Şamil Fətullayev-Fiqarov “Abşeron memarlığı” kitabı ilə qalib olub.

Qeyd edək ki, müsabiqənin mükafat fondu 52 min 500 manatdır. Birinci yerin qalibinə müvafiq nominasiyaya uyğun diplom və 4000 manat dəyərində pul mükafatı, ikinci yerin sahibinə müvafiq nominasiyaya uyğun diplom və 2500 manat dəyərində pul mükafatı, üçüncü yerin qalibinə müvafiq nominasiyaya uyğun diplom və 1000 manat dəyərində pul mükafatı təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR