Bakı Tikiş Evi məktəbli formasının qiymətinin düşməsi ilə bağlı xəbərləri təkzib edib

Bakı Tikiş Evi məktəbli formasının qiymətinin düşməsi ilə bağlı xəbərləri təkzib edib
# 13 may 2013 15:50 (UTC +04:00)

Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov APA-ya açıqlamasında deyib ki, bu gün məktəbli geyimləri BTE-nin paytaxtın 10-a yaxın satış mərkəzlərində satılır.

Onun sözlərinə görə, bütün mağazaların divarlarında qiymətlər asılıb və məktəbli geyimlərinin qiyməti 3 il əvvəl olduğu kimidir: “Bu gün üçün qiymətlərdə heç bir dəyişiklik yoxdur. Bütün satış məntəqələrində məktəbli geyimləri 3 ildir ki, təsdiqlənən sabit qiymətlərə əsasən satılır. Bu günə kimi məktəbli geyimlərinin satışında heç bir qiymət dəyişikliyi baş verməyib, bundan sonra da olub-olmayacağını heç kim deyə bilməz. Qiymət heç vaxt bahalaşmağa doğru gedə bilməz. Əgər məktəbli geyimlərinin qiyməti ucuzlaşarsa, bu barədə rəsmi şəkildə ictimaiyyətə məlumat veriləcək. Hazırda belə bir şey yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR