Gəncədə mənzildə köməksiz vəziyyətdə qalmış azyaşlı uşaq xilas olunub

Gəncədə mənzildə köməksiz vəziyyətdə qalmış azyaşlı uşaq xilas olunub
# 19 iyun 2014 23:50 (UTC +04:00)

Bakı-APA. Gəncənin Kəpəz rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə pilləkən vaistəsi ilə qalxaraq pəncərədən daxil olub və giriş qapısını açıblar. Mənzildə nəzarətsiz qalmış uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR