Ermənistan XİN başçısı: “Qarabağ danışıqlarına alternativ yoxdur”

Ermənistan XİN başçısı: “Qarabağ danışıqlarına alternativ yoxdur”
# 22 yanvar 2014 15:54 (UTC +04:00)

APA – nın “news.am” saytına istinadən verdiyi məlumata görə, belə bir bəyanatla bu gün İrəvanda keçirdiyi brifinqdə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan çıxış edib.

Rusiya XİN başçısı Sergey Lavrovun Qarabağ nizamlanmasına dair yeni təkliflər barədə dediklərini şərh edən E. Nalbandyan qeyd edib ki, rusiyalı həmkarı yeni təkliflərdən deyil, yeni yanaşmalardan danışıb.

Xatırladaq ki, S. Lavrov dünən keçirdiyi mətbuat konfransında Qarabağ nizamlanması ilə sualı cavablandırarkən bildirib ki, həmsədrlərin müəyyən hazırlıqları var: “Tərəflər bunları rədd etmir, lakin razılığa gəlmək üçün əlavə səylər tələb edirlər. Biz kömək etməyə hazırıq, ancaq onların əvəzindən bu işi görə bilmərik”.

Cəbhə xəttindəki insidentlərə gəldikdə isə E. Nalbandyan bu cür halların danışıqlar prosesinə əlavə maneələrin yaratdığını desə də, danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb: “Danışıqların alternativi yoxdur”

Ermənistan xarici siyasət idarəsi rəhbəri sabah Parisdə ATƏT-in Minsk qrupu həmsədrləri ilə, yanvarın 24-də isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcəyini bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR