Sentyabrda Moskva meri postuna növbədənkənar seçkilər keçirilə bilər

Sentyabrda Moskva meri postuna növbədənkənar seçkilər keçirilə bilər
# 04 iyun 2013 08:44 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə “Qazeta.ru” saytı dını açıqlamadığı mənbəyə istinadən məlumat yayıb. Sayt bildirir ki, indiki mer Sergey Sobyaninin vaxtından əvvəl istefası seçkilərdə onun qələbəsini qarantiyalamış olur və Mixail Proxorovun mer seçilmək şanslarını azaldır. Məsələ burasındadır ki, əgər seçkilər iyunda elan olunsa, seçki kampaniyasını yayda aparmaq lazım gələcək. Bu zaman Sobyaninin rəqiblərindən heç biri resurs toplaya bilməyəcək, Moskva sakinlərinin böyük əksəriyyəti isə məzuniyyətdə olacaq.

“Dojd” telekanalının xəbərinə görə, Sobyanin bu gün istefa qərarını açıqlaya bilər. Meriyaya yaxın mənbələr prezident Putinin merin istefasını qəbul edəcəyini və onu mer səlahiyyətlərini müvəqqəti olaraq icra edən şəxs təyin edəcəyini deyiblər.

Qeyd edək ki, Sergey Sobyaninin mer səlahiyyətləri 2015-ci ildə başa çatır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR