Türkiyə parlamentinin deputatları: “Azərbaycanda modern ölkələrdə olan səsvermə keçirildi” - FOTO

Türkiyə parlamentinin deputatları: “Azərbaycanda modern ölkələrdə olan səsvermə keçirildi” - <span style="color: red;">FOTO
# 10 oktyabr 2013 14:00 (UTC +04:00)

APA-nın xəbərinə görə, mətbuat konfransında çıxış edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun bildirib ki, prezident seçkilərini Türkiyədən olan 35 nəfərlik nümayəndə heyəti izləyib: “Azərbaycanda keçirilən seçkilər və xalqın iradəsi ilə ortaya çıxan nəticələrin Azərbaycan-Türkiyə tarixi qardaşlıq münasibətlərinin gələcəyi üçün uğurlu olacağına inanırıq. Prezident İlham Əliyevin növbəti 5 ildə Azərbaycana rəhbərlik etməsinin iki xalqın inkişafı üçün yeni üfüqlər açacaq”.

Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Nejdet Ünüvar bildirib ki, seçkilər zamanı Türkiyədən gələn nümayəndələr Azərbaycanın müxtəlif bölgələrində - Qəbələ, Sumqayıt, Quba və paytaxt Bakıda müşahidələr aparıb. Bu seçimin Azərbaycan üçün son dərəcədə önəmli olduğunu deyən N.Ünüvar qeyd edib ki, Azərbaycan iqtisadi siyasəti, inkişafı ilə yanaşı, seçkilər prosesində də mühüm yeniliklərə imza atıb: “Bu gün gördüyümüz mənzərə ondan ibarətdir ki, Azərbaycanda modern ölkələrdə olan səsvermə keçirilib. Seçimlərin demokratik və şəffaf formada keçirildiyini bəyan edirik. Bu seçimlər nəticəsində yenidən prezident seçilən İlham Əliyevi təbrik edir və ona gələcək 5 illik fəaliyyətində uğurlar arzulayırıq. İnanırıq ki, Azərbaycan və Türkiyə dostluq və qardaşlığı bundan sonra da inkişaf edəcək”.

Millət vəkili Sinan Oğan da Azərbaycanda aparılan müşahidələr zamanı seçkilərdə heç bir nöqsanın aşkarlanmadığını deyib: “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və prosesin izlənilməsi şəffaflıq baxımından önəmlidir. Beynəlxalq müşahidəçilər tərəfindən də seçkilərin izlənilməsi şəffaflığın, demokratikliyin bariz göstəricisidir”.

Tədbirin davamında Türkiyədən olan millət vəkilləri yaxın 5 ildə Azərbaycanla Türkiyənin yeni layihələr həyata keçirəcəyinə, hər iki ölkə vacib olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm addımlar atılacağına inandıqlarını bildiriblər. Sonra millət vəkilləri jurnalistlərin suallarını cavablandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR