Misir polisi Qahirədə “Əl-İman” məscidinə hücuma keçib

Misir polisi Qahirədə “Əl-İman” məscidinə hücuma keçib
# 15 avqust 2013 22:34 (UTC +04:00)

Bakı-APA. Misir polisi Qahirədə “Əl-İman” məscidinə hücuma keçib. APA-nın verdiyi xəbərə görə, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.

Xəbərə görə, “Müsəlman qardaşlar”ın Rabiə əl Ədəviyyə meydanındakı düşərgəsi dağıldıqdan sonra onlar məhz adıçəkilən məsciddə toplaşıblar.

Bundan əvvəl bildirilmişdi ki, “Müsəlman qardaşlar” hərəkatının nümayəndələri bu məscidə şəxsiyyəti məlum olmayan 260 meyit gətiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR