Şəkidə iki yol qəzası baş verib: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Şəkidə iki yol qəzası baş verib: 1 nəfər ölüb, 2 nəfər yaralanıb
# 29 mart 2014 07:36 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, ölümlə nəticələnən yol qəzası otən gün axşam saatlarında rayonun Aşağı Kündüt kəndi ərazisində qeydə alınıb.

Şəki rayonu, Oraban kənd sakini İsgəndərov Cabir Ağabala oğlunun idarə etdiyi “VAZ 2108” markalı 55-BX-685 dövlət nömrə nişanlı avtomobil Şəki rayonu, Əlyar kənd sakini Vəliyev Yusif Vəli oğlunun idarə etdiyi “VAZ 2107” markalı 90-BL-387 dövlət nömrə nişanlı avtomobil ilə toqquşub. Qəza nəticəsində C. İsgəndərovun idarə etdiyi avtomobildə olan sərnişinlər – 1977-ci il təvəllüdlü, Bakı şəhər sakini Haqverdiyev Mehman Vəli oğlu və 1960-cı il təvəllüdlü, Şəki rayonu, Oraban kənd sakini Nəsirov Rəsul Nəsib oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

Şəki MRX-dan APA-ya verilən məlumata görə, Rəsul Nəsirovun xəsarətləri ağır olduğundan o, xəstəxanada keçinib. Digər yaralı Mehman Haqverdiyevə isə ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Piyadanın vurulması ilə nəticələnən digər yol qəzası isə Şəki şəhərinin Salman Mumtaz küçəsində qeydə alınıb. Hələlik istintaqa adı bilinməyən şəxs idarə etdiyi avtomobillə 2004-cü il təvəllüdlü, Şəki şəhər sakini Osmanova Çinarə Elman qızını vurub. Qəza nəticəsində xəsarət alan 10 yaşlı Çinarə Osmanovanın müalicəsi Şəki MRX-da aparılır.

Hər iki faktla bağlı Şəki şəhər-rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR