«AccessBank» plastik kart sahibləri üçün yeni kampaniya keçirir

«AccessBank» plastik kart sahibləri üçün yeni kampaniya keçirir
# 02 oktyabr 2013 09:59 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «AccessBank» QSC yeni «AccessQazanc» layihəsinin icrasına başlayıb. Bankdan «APA-Economics»ə verilən məlumata görə, artıq «AccessBank»ın plastik kartlarının sahibləri «AccessQazanc» layihəsinə qoşulmuş ticarət obyektlərində nağdsız ödəniş həyata keçirərkən ödədikləri məbləğin 17%-dək hissəsini öz kartlarına geri ala biləcəklər.

«AccessQazanc» - bank kartı ilə ödənilən malın dəyərinin bir qisminin geri qaytarılmasını nəzərdə tutan unikal bir xidmətdir. Belə ki, mala və ya xidmətə görə ödənilən məbləğin müəyyən hissəsi müştərinin kart hesabına geri qaytarılır. Qaytarılan məbləğ ödəniş aparılan zaman müştərilərə təqdim olunan çeklərin üzərində göstərilir. Müştərilər bu xidmətdən müxtəlif marketlərdə, restoranlarda, eləcə də geyim, ayaqqabı, məişət texnikası, mobil telefon mağazalarında, tibb mərkəzlərində və digər ticarət obyektlərində və xidmət sahələrində istifadə edə bilərlər. «AccessQazanc» layihəsi bankın həm debet, həm də kredit kartlarının sahibləri üçün nəzərdə tutulub. Qaytarılan vəsait daha sonra istənilən qaydada istifadə oluna, o cümlədən bankomatlardan nağd şəkildə çıxarıla bilər.

Qeyd edək ki, «AccessBank»ın bütün plastik kartlarının sahibləri bu proqrama qoşulan təşkilatların xidmətlərindən istifadə edərkən qazanc əldə edəcəklər. «AccessQazanc» layihəsinə qoşulmuş təşkilatların siyahısı ilə olunmuş bu linkdə tanış olmaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR