NATO Ukrayna sərhədləri yaxınlığına AWACS təyyarələrini göndərir

NATO Ukrayna sərhədləri yaxınlığına AWACS təyyarələrini göndərir
# 11 mart 2014 03:45 (UTC +04:00)

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə qərar bazar ertəsi qəbul olunub.

“AWACS radiomüəyyənetmə və tuşlama aviasiya kompleksi təyyarələrinin bütün kəşfiyyat uçuşları müttəfiqlərin hava məkanında yerinə yetiriləcək”, - NATO-nun mətbuat xidməti bildirib.

NATO-nun bildirdiyinə görə, AWACS təyyarələrinin uçuşları “alyansın baş verən vəziyyətdən daha geniş məlumatlanmağa” imkan verəcək.

Xatırladaq ki, martın 16-da Rusiya hərbi qüvvələrinin nəzarəti altında olan Krımda Rusiyaya birləşmək haqqında referendum keçiriləcək. Ukrayna və Qərb ölkələri onu qeyri-qanuni hesab edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR