DADP: Onlar Söyün Sadıqovun maliyyə dəstəyi ilə Azərbaycanda təxribatla məşğuldurlar - FOTO

DADP: Onlar Söyün Sadıqovun maliyyə dəstəyi ilə Azərbaycanda təxribatla məşğuldurlar - <span style="color: red;">FOTO
# 25 iyun 2013 15:38 (UTC +04:00)

APA-nın məlumatına görə, DADP mətbuat xidmətinin rəhbəri Esmira Şükürova bildirib ki, son vaxtlar partiya daxilində partiyadan azad olunan bir qrup təxribatçı insan qisas məqsədi ilə bir partiyanın əleyhinə fəaliyyətə başlayıb: “Biz bununla bağlı aidiyyatı orqanlara müraciət etmişik. Onlar Azərbaycanda təxribatçılıqla məşğuldurlar”.

Partiyanın sədr müavini Ramiz Orucov deyib ki, 13 oktyabr 2012-ci ildə DADP növbədənkənar qurultay keçirib və Fatma Əliyeva yekdilliklə sədr seçilib: “Fatma Əliyeva partiya sədri seçildikdən sonra partiyada təmizləmə işləri aparılıb. Dekabr ayında isə partiyanın icraçı katibi Sevda Qələndərli Gürcüstan vətəndaşı olduğuna və təxribatçı fəaliyyətinə görə partiyadan uzaqlaşdırılıb. Xarici vətəndaşın Azərbaycanın siyasi partiyasında fəaliyyət göstərməsi nə dərəcədə düzgündür? Partiyadan uzaqlaşdırıldıqdan sonra o Gürcüstana gedərək müxtəlif soyadlarla bir neçə dəfə geri qayıdıb. Partiya adından saxta möhür düzəldərək qurultay keçirib”.

Partiya sədri Fatma Əliyeva qeyd edib ki, partiyaya aid bütün sənədlər onlardadır: “Qarşı tərəfdə isə bu möhürün saxtalaşdırılmış forması var. Sevda Qələndərli və digərləri Söyün Sadıqovun maliyyə dəstəyi ilə Azərbaycanda təxribatla məşğuldur. Partiyaya aid bütün sənədləri aidiyyəti orqanlara təqdim etdik. Bunlar hər addımda nizamnaməni pozublar. Onlar tələbələrə, qul bazarında işləyənlərə müəyyən məbləğdə pul verərək onları qurultaya çağırıblar”.

S. Əliyeva vurğulayıb ki, DADP prezident İlham Əliyevin namizədliyini və onun yürütdüyü siyasəti dəstəkləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR