ABŞ dövlət katibi: “Altılıq” ölkələri İranın nüvə proqramı mövzusunda həmfikirdir”

ABŞ dövlət katibi: “Altılıq” ölkələri İranın nüvə proqramı mövzusunda həmfikirdir”
# 12 noyabr 2013 09:51 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. ABŞ dövlət katibi Con Kerri İranın nüvə proqramı ilə bağlı “altılıq” ölkələri arasında fikir ayrılığının olması barədə səsləndirilən fikirləri təkzib edib.

APA-nın İRİB-ə istinadən məlumatına görə, C.Kerri noyabrın 11-də Əbu-Dabidə jurnalistlərə açıqlamasında bildirib ki, “altılıq” ölkələri İranın nüvə proqramı mövzusunda həmfikirdilər: “Altılıq” İranın nüvə məsələsinin həlli ilə bağlı müəyyən razılığa gəlmişdi. Lakin qarşı tərəf irəli sürülən təklifi rədd etdi”.

ABŞ dövlət katibi tərəflər arasında anlaşmanın gələn bir neçə ay içərisində əldə olunmasını arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR