Banqkokda etirazçılar hökumət binalarını mühasirəyə alır

Banqkokda etirazçılar hökumət binalarını mühasirəyə alır
# 14 yanvar 2014 09:52 (UTC +04:00)

Bakı – APA. Taylandda hökumətin istefasını tələb edən etirazçılar paytaxt Banqkokda Gömrük departamenti binasını mühasirəyə alıb.

APA – nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, etirazçılar digər hökumət binalarını da mühasirəyə almaq niyyətindədir. Məqsəd onların işini mümkünsüz etməkdir.

Yanvarın 15-də isə Tayland müxalifəti ilə bağlı olan gənclər təşkilatları Banqkokda Aviadispetçer Mərkəzinin giriş-çıxışını nəzarətə götürməyi planlaşdırır. Bununla da onlar sözügedən qurumun işini iflic etmək istəyir.

Qeyd edək ki, yanvarın 13-dən Tayland müxalifəti “Banqkok”un bağlanlması” adlı genişmiqyaslı etiraz aksiyasına başlayıb. Konkret olaraq paytaxtın mərkəzində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması və bununla da şəhər həyatının iflic vəziyyətinə salınması planlaşdırılır. Müxalifət müvəqqəti hökumətin istefasını və fevralın 2-də nəzərdə tutulan növbədənkənar parlament seçkilərinin təxirə salınmasını tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR