Rusiya İctimai Palatası müşahidə missiyası: Prezident seçkiləri ölkə qanunlarına və beynəlxalq normalara uyğun keçirilib - FOTO

Rusiya İctimai Palatası müşahidə missiyası: Prezident seçkiləri ölkə qanunlarına və beynəlxalq normalara uyğun keçirilib - <span style="color: red;">FOTO
# 10 oktyabr 2013 12:59 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə keçirtdiyi mətbuat konfransında Rusiya İctimai Palatasının müşahidə missiyanın rəhbəri Sergey Markov bildirib.

S. Markov qeyd olunan nöqsanların nəticələrə təsir göstərmədiyini deyib: “Digər missiyalar da seçkiləri müsbət qiymətləndiriblər. İlham Əliyevi şəksiz qələbə münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, vətəndaşlar İlham Əliyevi ölkənin neft və qazdan əldə olunan gəlirləri ilə iqtisadi inkişafın yüksək səviyyədə təmin edilməsi, sosial proqramların icra edilməsi, müasir Azərbaycanın banisi Heydər Əliyevin siyasətini uğurla davam etdirilməsinə görə dəstəkləyib. Eyni zamanda hesab edirəm ki, onun uğurunun səbəbi güclərin onun ətrafında konsolidasiyası və müxalifətin zəifliyi olub”.

Daha sonra müşahidə missiyanın digər üzvləri, Georgi Fedorov və Fatimə Albakova seçki prosesi ilə bağlı öz fikirlərini bölüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR