Şəkidə 30-dan çox məhkum vaxtından əvvəl azadlığa buraxıla bilər

Şəkidə 30-dan çox məhkum vaxtından əvvəl azadlığa buraxıla bilər
# 16 may 2014 14:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Şəki penitensiar kompleksində nazirliyin rəhbər işçilərinin, vətəndaş cəmiyyəti institutlarının və KİV nümayəndələrinin, habelə məhkumların valideynləri və yaxın qohumlarının iştirakı ilə görüş keçirilib.


Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, 30-dan çox məhkumun şəxsi işləri və digər aidiyyəti sənədlər hərtərəfli araşdırılıb, onlarla fərdi görüşülərək söhbətlər aparılıb.

İslah yoluna düşmüş məhkumların vaxtından əvvəl şərti azad olunması və ya cəzalarının qalan hissəsini daha yüngül rejimli müəssisədə çəkməsi ilə bağlı məhkəmə qarşısında məsələ qaldırılması məqsədəuyğun hesab edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR