Separatçılar Donbasda şaxtanı ələ keçiriblər

Separatçılar Donbasda şaxtanı ələ keçiriblər
# 21 iyun 2014 19:33 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Donbas energetik şirkətindən bildirilib.

“İnzibati binaya hücum edən şəxslər şirkət əməkdaşlarını silahla hədələyək onlardan mobil telefonları alıb, özlərini isə üzü aşağı yerə uzadıblar. Hücum zamanı şaxtada 700-dək mədənçi olub. Separatçılar şaxtanın avtoparkına məxsus bütün avtomobilləri və 2 bankomatı qıraraq oradakı pulları ələ keçiriblər”, deyə məlumatda bildirilir.

Hücum nəticəsində ölən və ya yaralananlar barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR